Bakıda FACİƏ: ər-arvad dəm qazından zəhərləndi, 1 ölü
18 yanvar 2017 10:22 (UTC +04:00)

Bakıda FACİƏ: ər-arvad dəm qazından zəhərləndi, 1 ölü

 

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 48 yaşlı  Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.

 

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

APA Baycan

Oxşar yazılar