<b><span style="color:red;">Bakıda FACİƏ:  bir ailədən 6 nəfər xəstəxanaya aparıldı, kişi öldü</b> - YENİLƏNİB
20 fevral 2017 14:27 (UTC +04:00)

Bakıda FACİƏ: bir ailədən 6 nəfər xəstəxanaya aparıldı, kişi öldü - YENİLƏNİB

Bu gün Suraxanı rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun ölümü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə və azyaşlı oğlu İbrahimin xəstəxanaya düşməsi ilə nəticələnən hadisənin mənzilin mətbəxindəki qaz sobasının səbəb olduğu üzə çıxıb.

 

 

Məlum olub ki, evdəki su qızdırıcısı da mətbəxdə quraşdırılıb və buradan yayılan dəm qazı mənzilə yayılıb.

 

 

Hadisə ilə bağlı ilk olaraq H.Seyidovun bacısı Pərvanə xəbər tutub. Zəhərləndiyini hiss edən qadın evdəki digər şəxsləri yuxudan oyadıb və bu zaman H.Seyidovun artıq vəfat etdiyi məlum olub.

 

 

Araşdırmalar davam etdirilir.

 

*****

 

11:55

 

Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu gün Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər. Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Nizam Rza

Oxşar yazılar