
650 milyonluq layihəyə: Almaniyada kvant kompüteri quraşdırılacaq
“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparılması məqsədilə kvant hesablamalar sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində kvant hesablamalar üzrə sahəvi və tətbiqi strategiyaların həyata keçirilməsi üçün yeni birliyin yaradılması nəzərdə tutulur.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, sazişin şərtlərinə görə, “IBM Q System One” kommersiya kvant kompüteri ABŞ korporasiyasının Almaniyada yerləşən obyektlərindən birində quraşdırılacaq.
Məlumata görə, Almaniya hökuməti kvant texnologiyalarının fundamental tədqiqatlar sahəsindən praktiki tətbiq sahəsinə keçməsini dəstəkləmək üçün iki il ərzində layihəyə 650 milyon avro investisiya qoymağı planlaşdırır.
Gələcəkdə özündə 500 şirkət, startap, akademik institut və tədqiqat laboratoriyasını birləşdirən “IBM Q Network” adlı birlik yeni Avropa kvant hesablamalar mərkəzinə malik olacaq. Mərkəz əsas diqqəti Almaniyada alim, tədqiqatçı, proqram tərtibatçısı, İT mütəxəssisi və sahə üzrə ekspertlər birliyinin formalaşdırılmasına yönəldəcək.
Kvant hesablamalar vasitəsilə mürəkkəb molekulyar və kimyəvi birləşmələri başa düşmək, ən çətin optimallaşdırma problemlərini həll etmək və süni intellektin səmərəliliyini artırmaq mümkün olacaq.
Oxşar yazılar
4 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55