<b>Zaqatalada iki “VAZ” toqquşdu:</b> <span style="color:red;"><b>1 ölü, 2 yaralı</b>  - YENİLƏNİB
05 avqust 2017 08:16 (UTC +04:00)

Zaqatalada iki “VAZ” toqquşdu: 1 ölü, 2 yaralı - YENİLƏNİB

Zaqatalada baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində “VAZ 2109” markalı “62 BX 341” dövlət nömrə nişanlı avtomobil ilə “VAZ 2106” markalı “08 BA 258” dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Razıyev Qulu Ağabala oğlu, onun sərnişini, Zaqatala şəhər sakini, 1976-cı il təvəllüdlü Haçıəbdulhamidzadə Anar Tofiq oğlu və “VAZ 2109” avtomobilinin sürücüsü Ramazanov Rəsul Qurban oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

 

Həkimlərin səylərinə baxmayaraq, 70 yaşlı Razıyev Qulu Ağabala oğlu həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

***

 

Zaqatalada baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində “VAZ 2109” markalı 62 BX 341 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ 2106” markalı 08 BA 258 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəzadan sonra üç nəfər xəsarət alan rayon sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

Zaqatala MRX-dan APA-ya bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər iki yaralının vəziyyətləri isə qənaətbəxşdir.

 

Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

# 115
avatar

Oxşar yazılar