[b]Xarici jurnalistlər Ağdamda ermənilərin yandırdığı evdə olublar[/b]
29 aprel 2016 15:56 (UTC +04:00)

[b]Xarici jurnalistlər Ağdamda ermənilərin yandırdığı evdə olublar[/b]

Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Ağdam rayonunun Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə olublar.

 

APA-nın məlumatına görə, kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.

 

Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb. 

 

Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

APA Baycan

Oxşar yazılar