[b]Vikipedia bu ölkədə bağlandı - SƏBƏB[/b]
Çində informasiya resursu kimi fəaliyyət göstərən Vikipedia yerli hökumət tərəfindən bloklanıb.
Lent.az technote-a istinadən xəbər verir ki, Çində olan istifadəçilər Vikipedia-dan hətta heç bir dildə isifadə edə bilməyəcəklər.
Vikipedia-nın Çin regionunda bloklanmasına ilk öncə “Şəbəkə müdaxiləsinə açıq nəzarət” (OONI) təmsilçiləri diqqət ediblər.
Hələ aprel ayında Vikimedia Foundation aşkar etmişdi ki, Vikipedia resursu Çində işləmir. Bizim daxili trafiklər üzrə hesabatlarımızın analizindən sonra təsdiq edə bilərik ki, Vikipedia bütün dillərdə bloklanıb” - deyə OONI-nin mətbuat katibi bildirib.
Məlumata əsasən, bu cür resursların bloklanması Çin üçün heç də nadir hallardan deyil.
Belə ki, daha öncə Çində Vikipedia-nın çin dili versiyası bloklanmışdı. Bu cür bloklanmalar digər informasiya portalları ilə də baş verir. Adətən bu cür bloklanmalar Çində baş vermiş hansısa hadisələrin ildönümləri ilə əlaqəli olur.
Çində Vikipedia-nın tam bloklanmasını jurnalistlər 1989-cu ildə Pekinin Tyananmen meydanında baş vermiş tələbə protestlərinin yatırılmasının 30 illiyi ilə əlaqələndirirlər.
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25