
Vəkilliyə qəbulda müxaliflər qəsdən kəsilir? - Sədrdən AÇIQLAMA
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkilliyə qəbulla bağlı müsabiqədə, xüsusən müsahibə mərhələsində müxalif görüşlü hüquqşünasların qəsdən kəsilməsi, onlara məqsədyönlü maneələr yaradılması barədə iddialara münasibət bildirib.
APA-nın məlumatına görə, A. Bağırov deyib ki, Vəkillər Kollegiyası hər zaman bu yöndə hər hansı iddiaya münasibətini bildirir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri tam məsuliyyətlə vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmədiyini vurğulayıb: "İmtahanlarda kəsilənlər sırasında dövlət qulluğunda olanlar da, hakim Yeni Azərbaycan Partiyasının üzvləri də var. Belə olan halda bunu necə izah edirlər? Biz vəkilliyə qəbulla bağlı müsabiqə zamanı kiminsə partiya mənsubiyyətini, yaxud dini mənsubiyyətini yoxlamırıq. Tələblər qanunla müəyyən olunub və biz o tələblərə uyğun sənədləri qəbul edirik. İnsanların hər hansı partiya, dini mənsubiyyəti və digər amillər bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. Tam məsuliyyətlə bildirirəm ki, kəsilənlər sırasında Yeni Azərbaycan Partiyasına mənsub insanlar azlıq təşkil etmir. Bunların sırasında başqa partiyaların da üzvləri ola bilər, var da. Yeri gələndə, Yeni Azərbaycan Partiyasının üzvləri də kəsilməklə bağlı şikayətlər eldirlər. Vəkilliyə qəbulla bağlı müsabiqədə hər hansı ayrı-seçkilik ola bilməz. Bu iddialar uydurma, böhtandır. Təbii ki, imtahanda kəsilən adam zəif cavab verdiyini söyləməyəcək, min bir səbəb gətirəcək. Təəssüf ki, insanlarda bu problem var, biz bunu görürük və lazımi reaksiya göstəririk".
Oxşar yazılar

Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32