[b]TAP-ın İtaliyadakı ofisinə "Molotov kokteyli" atıldı[/b]
14 fevral 2017 14:12 (UTC +04:00)

[b]TAP-ın İtaliyadakı ofisinə "Molotov kokteyli" atıldı[/b]

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin İtaliyanın Melendunyo şəhərində yerləşən ofisin ərazisinə basqın olub.

 

"APA-Ecoonmics" İtaliya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər fevralın 13-ü gecə vaxtı ofisin ərazisinə iki ədəd "Molotov kokteyli" atıb: onlardan biri partlayıb, digəri isə alışıb, lakin partlayış baş verməyib. Hadisə şahidlərinin sözlərinə görə, "Molotov kokteyli" əraziyə küçədən atılıb.

 

Bildirilir ki, partlayış nəticəsində texniki tikililərdən birinin divarı yararsız hala düşüb.

"TAP İtalia" şirkətinin meneceri Mişel Elia bildirib ki, baş verənləri kəskin pisləyib və günahkarların qanun çərçivəsində cəzalandırılmasını tələb edib.

 

Qeyd edək ki, bu TAP-ın ofisinə ilk basqın deyil. İlk basqın 2015-ci ilin mart ayında baş verib. Həmin vaxt şirkət bir müddət bəzi işləri dayandırmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

APA Baycan

Oxşar yazılar