
Vağzalda silahla gəzən keçmiş məhkum tutuldu - FOTO
Suraxanı dəmiryol stansiyasının ərazisində silahlı şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.
Belə ki, İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3 (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1 (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb.
İdarə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı A.Hüseynov barəsində cinayət işi başlanılıb.Onun barəsində barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39