[b]Siyəzəndə yol qəzasında yaralananlardan biri öldü[/b]
06 sentyabr 2017 19:49 (UTC +04:00)

[b]Siyəzəndə yol qəzasında yaralananlardan biri öldü[/b]

0

Bakı-Quba yolunda bu gün baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan Rusiya vətəndaşlarından biri ölüb. 

 

 

 

APA-nın şimal bürosunun xəbərinə görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 1974-cü il təvəllüdlü Esmira Abdullayeva orada dünyasını dəyişib. 

 

 

Qeyd edək ki, bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

 

 

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar