GÜNÜN ŞƏRHİ
Türk tanklarının vurulması Fərat çayının hər iki hissəsində PYD mövqelərinə zərbə endirmək üçün əsas yaradır. Türkiyə bu cavab hüququnu bir şəhid, iki tank hesabına əldə edib. ABŞ bölgədəki müttəfiqi olan PYD-yə Fəratın şərq sahilinə çəkilmək göstərişi versə də, kürd terrorçular bu göstərişə əməl etmirlər. Bu mövqe çox paradoksal görünür. Əgər ABŞ PYD-nin Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsini istəmirsə, o zaman kürdlər türk tanklarına raket zərbəsi endirmək cəsarətini haradan tapır? Burada bir neçə ehtimal var. Birincisi, ABŞ PYD-dən geri çəkilməyi tələb etməkdə səmimi deyil, bu tələb formal xarakter daşıyır. Vaşinqton bununla həm PYD üzərində tam nəzarətə sahib olmadığını nümayiş etdirir, həm də PYD kartını Türkiyəyə qarşı təzyiq vasitəsinə çevirir. İkinci ehtimala görə, PYD-nin türk tanklarını vurması Ankaranı təxribata çəkmək məqsədi daşıya bilər. Bu, Rusiya təyyarəsini vurmaqla Moskva ilə Ankaranı üz-üzə qoymaq ssenarisinə bənzəyir. Çünki Türkiyə cavab haqqından istifadə edərək Fəratın o tayına keçərsə, yaxud PYD-yə müharibə elan edərsə, Ankara ilə Vaşinqtonla üz-üzə gəlmiş olacaq. Üçüncü ehtimal da var. Tankların PYD tərəfindən vurulması Türkiyənin kürd terrorçulara qarşı əməliyyat keçirmək imkanı verir. Yəni, Ankara bu əməliyyata başlamaqla, Suriyada daha çox strateji nöqtəni ələ keçirə bilər. "Türk tanklarının vurulması heç bur qədər yerinə düşməmişdi" fikrindən çıxış edərək baş verən hadisədə təhlükəsizlik qurumlarının barmağı olduğu düşünmək mümkündür. Ehtimallardan hansının doğru olduğunu zaman göstərəcək.
![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Avqust[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Avqust[/b]
Oxşar yazılar

Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 9 yaralı var - YENİLƏNİB
13 avqust 2025 , 20:32
Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 , 18:57
Azərbaycanda 29 hamilə qadın ölüb - STATİSTİKA
13 avqust 2025 , 17:03
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 , 14:48
Bakıda ƏMƏLİYYAT: iranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı
13 avqust 2025 , 14:37
8-ci mərtəbədən yıxılan körpə sağ qaldı
13 avqust 2025 , 14:33
Bu ölkənin keçmiş birinci xanımı korrupsiyaya görə HƏBS OLUNDU
13 avqust 2025 , 13:49