GÜNÜN ŞƏRHİ
PYD-nin Fərat çayının qərbinə keçməsi "kürd qurşağı"nın qapanması deməkdir. Bu, Türkiyə üçün qırmızı xətt anlamı daşıyır, Cerablus əməliyyatının mahiyyəti də qırmızı xətlərin tapdanmasına yol verməməkdir. Baş nazir Binəli Yıldırımın "Fərat çayının qərbində PYD görmək istəmirik" bəyanatı Suriyada əməliyyatların Cerablusun təmizlənməsi ilə başa çatmayacağına işarədir. Fəratdan qərbdə Azez və Arfin yaşayış məntəqələri də PYD-nin nəzarəti altındadır, Cerablusdan sonra hər iki məntəqənin PYD-dən təmizlənməsi qaçılmaz olacaq. Məqsəd aşkardır - Türkiyə Suriya ərazisində təhlükəsizliyinə qarantiya verəcəyi bölgə yaratmaq istəyir və bu bölgədə 2 milyon suriyalı qaçqını məskunlaşdırmaq niyyətindədir. Bu planı təkcə Cerablusu İŞİD-dən təmizləməklə həyata keçirmək mümkün deyil. Co Baydenə PYD ilə bağlı bəyan edilən mövqenin mahiyyəti də budur. Əgər hər şey ssenari üzrə gedərsə, o zaman Türkiyə həm sərhədlərinin təhlükəsizliyini nisbətən təmin etmiş olacaq, həm terror təhlükəsini azaldacaq, həm qaçqınlar problemini az-çox həll edəcək, eyni zamanda sərhəd boyunca özünə etibarlı məskunlaşma həyata keçirmiş olacaq. Bu mənada Cerablus əməliyyatı 15 iyuldan sonra xüsusi çəkisi zəifləmiş Türkiyənin mövqelərinin güclənməsinə kömək etmiş olacaq.
![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Avqust[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Avqust[/b]
Oxşar yazılar

Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 9 yaralı var - YENİLƏNİB
13 avqust 2025 , 20:32
Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 , 18:57
Azərbaycanda 29 hamilə qadın ölüb - STATİSTİKA
13 avqust 2025 , 17:03
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 , 14:48
Bakıda ƏMƏLİYYAT: iranlının tapşırıqlarını yerinə yetirənlər saxlanıldı
13 avqust 2025 , 14:37
8-ci mərtəbədən yıxılan körpə sağ qaldı
13 avqust 2025 , 14:33
Bu ölkənin keçmiş birinci xanımı korrupsiyaya görə HƏBS OLUNDU
13 avqust 2025 , 13:49