Şəmkirdə zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kür qəsəbə sakini, 1983-cü il təvəllüdlü Yeganə Orucova kimyəvi maddə ilə zəhərlənmə əlamətiylə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Y. Orucovaya dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, qadın səhvən fosfor üzvi birləşməli kimyəvi məhlul içib və zəhərlənib.
Rayonun Təzəkənd kənd sakini 1995-ci il təvəllüdlü Turqay Səfərov da kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra 21 yaşlı gəncin vəziyyəti normallaşıb. T. Səfərovun istixanada kimyəvi məhlulla işləyən zaman zəhərləndiyi bildirilib.
Şəmkirdə dəm qazından zəhərlənmə hadisəsi də qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Keçili kənd sakini 1991-ci il təvəllüdlü Aygün Böyükkişiyeva dəm qazı ilə ağır zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
A. Böyükkişiyevaya dərhal tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Böyükkişiyeva yaşadığı evdə hamamda olarkən dəm qazından zəhərlənib.