Bu gün Samux rayonunda özünü ov tüfəngi ilə vuraraq öldürən qızın anası intihara cəhd edib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, özünü güllələyən 16 yaşlı Billi Ələkbərovanın anası, 1963-cü il təvəllüdlü İradə Ələkbərova qızının ölümündən sonra kimyəvi məhlul içib. O, dərhal Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
***
Samuxda özünü güllələyən şəxsin kimliyi müəyyənləşib.
APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub. Yeniyetmə qız aldığı xəsarətdən ölüb.
Fakt araşdırılır.
***
12:10
Samux rayonunda güllələnmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 16 yaşlı qız özünü güllələyib. O, hadisə yerində ölüb.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.