![[b]Şamaxıda minaatan aşkarlandı[/b]](https://lent.az/storage/news/2019/march/22/big/c9d66415138438a5dddecd234d90db6c.jpg)
[b]Şamaxıda minaatan aşkarlandı[/b]
0
0
Martın 21-də saat 14:48-də Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Zoğalavay çayının kənarına baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 21 mart 2019-cu il tarixlərində 65 siqnal (əməliyyat çağırışı) əsasında 57 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,198 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 98,795 kv.m ərazi yerüstü və 7,302 kv.m ərazi yeraltı yoxlanılıb.
0
0
Oxşar yazılar

Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
4 sentyabr 2025 , 16:06
Bakıda yanğın: zəhərlənən var
4 sentyabr 2025 , 15:57
Cadugərlikdə günahlandırılan 70-ə yaxın miqrant gəmidə edam edildi
4 sentyabr 2025 , 15:44
Xəzərdə İranlı sərhəd pozucuları tutuldu - VİDEO
4 sentyabr 2025 , 15:00
Boğazından bıçaqlanan prokuror qatilinə BÖYÜK YAXŞILIQ edibmiş - YENİLƏNİB
4 sentyabr 2025 , 14:33
İsmayıllıda "avtoşluq" edən sürücü həbs edildi
4 sentyabr 2025 , 14:11
Qazaxıstanlı nazirin saxlanılması təkzib edildi - YENİLƏNİB
4 sentyabr 2025 , 13:55