Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.
Qayalıqların arasına yıxılan E. Əliyevi xilas etmək üçün Masallı rayon Yanğından Mühafizə Hissəsinin qəza xilas etmə qrupu hadisə yerinə çağırılıb. Görülən tədbirlərlə o, düşdüyü yerdən çıxarılaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. Əliyevin ayağının sındığı bildirilir.