<b>Rüşvət verən iş adamı məhkəmədə:<span style="color:red;"> "52 min..." </b>
24 aprel 2019 11:52 (UTC +04:00)

Rüşvət verən iş adamı məhkəmədə: "52 min..."

Dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş qismində Akif Rəhimov ifadə verib.

 

Hakim bildirib ki, A.Rəhimov daha əvvəlki məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Yeganə Şadlıq Sarayının rəhbəri olan A.Rəhimov deyib ki,  təqsirləndirilən E.Babayevə 52500 manat pulu hüquqi yardım üçün verib. O, həmin pulun qarşılığında oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı ittihamını rədd edib.

Təqsirləndirilən E.Babayev də A.Rəhimovun dediklərini təsdiq edib

Məhkəmənin növbəti iclası növbəti həftədə davam etdiriləcək.

 

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

 

Onu da qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

 

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Səlcuq Elçin

Oxşar yazılar