[b]Rüşvət alıb ölkədən qaçan polisə CƏZA KƏSİLDİ[/b]
26 aprel 2019 12:50 (UTC +04:00)

[b]Rüşvət alıb ölkədən qaçan polisə CƏZA KƏSİLDİ[/b]

Dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
 
Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Əli Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. Vüsal Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib
 
Qeyd edək ki, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.
 
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alaraq Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.
 
Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
 
Qeyd edək ki, Ə.Nəcəfovla V.Əliyevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, ev dustaqlığında idi.
 
İş üzrə digər zərərçəkmişlər də yaxınlarını işə düzəltmək üçün təqsirləndirilən şəxslərə pul veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar