<b>Şəhid ailəsinə pul "atan" şəxs azadlıqda qaldı</b>
17 avqust 2016 15:28 (UTC +04:00)

Şəhid ailəsinə pul "atan" şəxs azadlıqda qaldı

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Milli Qəhrəmanların Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Mirbəşir Murtuzovun barəsində olan hökmdən prokurorluq  tərəfindən verilən protest üzrə məhkəmə yekunlaşıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib

 

 

Qeyd edək ki, Mirbəşir Murtuzov 2014-ü ildə şəhid ailəsi Məhəbbət Şahvələdqızına qarşı dələduzluq edib. O, zərərçəkmişə onun adını şəhid ailəsi olduğu üçün ev siyahısına saldıra biləcəyini vəd edib. Daha sonra M.Murtuzov M.Şahvələdqızına bildirib ki, dövlət tərəfindən Nəqliyyat Nazirliyinin arxasında 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 3 otaqlı, tam təmirli, içi mebellə təchiz olunmuş 124 kvadratmetrlik mənzil veriləcək. O, bunun üçün şəhid ailəsindən 50 min manat pul alıb.

Bundan başqa, M.Murtuzov M.Şahvələdqızının qızını Polis Akademiyasına düzəltmək adı ilə ondan 10 min manat pul alıb, lakin o, verdiyi vədlərə əməl etməyib.

M.Murtuzov M.Şahvələdqızından ümumilikdə 66 min 500 manat pul alıb. Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra M.Murtuzov həmin pullardan zərərçəkmişə 63 min manat qaytarıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 70 və 70.3 maddəsinə əsasən M.Murtuzov şərti azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Səlcuq Elçin

Oxşar yazılar