<b>PA rəsmisi:</b> “Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün iş aparırlar” - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 15:26 (UTC +04:00)

PA rəsmisi: “Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün iş aparırlar” - YENİLƏNİB

 “Türkiyə tərəfi istər baş nazir, istər dövlət başçısı, istərsə də xarici işlər naziri səviyyəsində dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədlər yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasına Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

 

E. Aslanov bildirib ki, Azərbaycan tərəfi bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: “Biz buna əminik. Çox təəssüf ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, görərik ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokadada, həm siyasi müstəvidə oyundankənar bir vəziyyətdə qalmasına səbəb olur”.

 

# 867
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21