<b>Piyadanı öldürüb qaçan sürücü yaxalandı</b> - YENİLƏNİB
28 dekabr 2017 10:55 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü yaxalandı - YENİLƏNİB

Ötən gücə Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş və hadisə yerindən qaçan sürücü tutulub. Lent.az xəbər verir ki, polis əməkdaşları gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 200-cı kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində Xırdapay kənd sakini Nadir Arif oğlu İsgəndərovu vurub qaçan sürücünün axtarışlarını davam etdirib. Məlum olub ki, onu “KamAZ” markalı yük maşını vurub və sürücü nəqliyyat vasitəsi ilə birgə hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində sürücü tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

*****

 

00:13

 

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 17:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 200-cı kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçmək istəyən piyada, rayonun Xırdapay kənd sakini Nadir Arif oğlu İsgəndərovu vurub. Ağır xəsarətlər alan N. İsgəndərov hadisə yerində ölüb.

 

Hadisəni törədən sürücünün tapılaraq istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər görülür. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Nizam Rza

Oxşar yazılar