[b]DİN mətbuat xidmətinə yeni rəis müavini təyin edildi[/b]
13 fevral 2017 11:27 (UTC +04:00)

[b]DİN mətbuat xidmətinə yeni rəis müavini təyin edildi[/b]

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

 

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  bu barədə əmr imzalayıb.

 

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

APA Baycan

Oxşar yazılar