[b]Oğul 72 yaşlı atasını döydü [/b] - Daşkəsəndə
06 fevral 2018 07:51 (UTC +04:00)

[b]Oğul 72 yaşlı atasını döydü [/b] - Daşkəsəndə

Daşkəsən rayonunda oğul atasına xəsarət yetirib.

 

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Xoşbulaq kənd sakini, 1946-cı il təvəllüdlü Əliyev Sabir Qafar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. S.Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar