[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 İyul[/b]
25 iyul 2016 20:11 (UTC +04:00)

[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 İyul[/b]

"Böyük iyirmilik" ölkələrinin maliyyə nazirləri yenidən etibarın yüksəldilməsi və iqtisadi artım məqsədilə bütün mövcud siyasi alətlərdən istifadə etmək niyyətlərini açıqladılar. İki günlük görüşün yekunlarına uyğun qəbul edilən kommünikedə dünya iqtisadiyyatının yenidən bərpası prosesinin davam etdiyi, lakin, göstərilən cəhdlərə rəğmən, hələ də istənilən nəticəni vermədiyi, tərəflərin neqativ göstəriciləri azaltmaq, eləcə də şəffaflığı təmin etmək istiqamətindəki cəhdləri davam etdirmək niyyətində olduğu ifadə edildi.

 

Görünən odur ki, "Böyük iyirmilik" nümayəndələri hazırda "S&P500" indeksinin özünün rekord maksimumu səviyyəsində olmasını, ciddi stimullaşdırma vasitəsilə bazara təsir göstərməsini təhlükə kimi dəyərləndirir. Eyni zamanda iştirakçı ölkələr mövcud maliyyə strategiyasının, eləcə də ümumi artım məqsədinin dəstəklənməsi üçün struktur islahatlarının kifayət qədər ciddi rol oynadığı qənaətindədir. Onlar aprel və fevral aylarında olduğu kimi, pul-kredit siyasətinin təkbaşına balanslaşdırılmış artımı təmin etməyəcəyini də düşünür.

 

Bundan əlavə, ölkələr növbəti dəfə rəqabətli devalvasiyanı önləmək, valyuta siyasəti üzrə məsləhətləşmələr aparmaq və proteksionizmin qarşısının alınması istiqamətində ortaq niyyət ifadə edib. Daha əvvəl də olduğu kimi, Yaponiya yenidən həddindən artıq valyuta qeyri-sabitliyinə qarşı olduğunu bir daha təkrarlayıb. Çinin isə tərəflər arasındakı koordinativ fəaliyyətin gücləndirilməsi yolundakı səyləri ABŞ-ın analoji addımlarından daha qətiyyətli görünür. Yuxarıda sadalananlarla yanaşı, Çin tərəfinin koordinasiyanın hansı səviyyədə həyata keçirilməsinə nail olması və "G20" ölkələrindən nə kimi öhdəlik götürməsi aydın deyil. Bununla paralel olaraq, "G20" üzvlərinin qlobal iqtisadi artım siyasətinin koordinasiyası istiqamətində ciddi dialoq aparmadığı iddia edilir.

 

Ölkələr öncəki kimi quruma üzv dövlətlərdəki iqtisadi vəziyyətdən asılı olaraq, əldəki mövcud imkanlardan istifadə olunmasını zəruri hesab edir. Bunun da əsas səbəbi çox güman ki, ABŞ-ın öz iqtisadiyyatını xaos aləmində daha öncəki kimi "stabillik oazisi" olaraq saxlamaq niyyətidir. Çin isə yeni iqtisadi modelə keçidlə daha da mürəkkəbləşən problemlər və ölkədən külli-miqdarda kapital axını ilə üzləşib. Bu əsnada Çin hökuməti növbəti borc böhranının bir çox ölkələrin "maliyyə sunamisi" ilə mübarizəyə başlayacağı olduğunu yaxşı anlamaqdadır. ABŞ isə iqtisadi artımı sürətləndirmək üçün təcili tədbirlər görülməsini vacib sayır. Ekspertlər isə Birləşmiş Ştatların bu mövqeyinin yeni qlobal iqtisadi böhrana səbəb olacağını ehtimal edirlər... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

APA TV

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28