GÜNÜN ŞƏRHİ
ABŞ doğrudanmı Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinə imkan yaradır? Sualın cavabı başqa bir sualdadır? ABŞ-ın Cənubi Qafqazda mövqeyi möhkəm idimi? Birmənalı şəkildə xeyir. Ermənistan Rusiyanın faktiki vilayətinə çevrilib, Rusiya hələ 8 il öncə Gürcüstan ərazilərinin bir hissəsini rəsmən ilhaq edib, Azərbaycan isə... Azərbaycan isə Rusiyanın deyil, məhz Qərbin maraqlarına daha çox cavab verən qlobal enerji və infrastruktur layihələri gerçəkləşdirməsinə rəğmən Rusiyadan çox Vaşinqtonun təzyiqləri ilə üzləşib. Rusiya hələ əvvəldən bu regionda möhkəm mövqelərə malik olub və ötən on illər ərzində ABŞ hətta Rusiyaya tam arxa çevirmiş Gürcüstana belə tam sahib çıxa bilməyib. Brayza bir məqamda haqlıdır, ABŞ-ın Cənubi Qafqaz siyasəti kökündən səhvdir. Amma bölgənin tam da Rusiyanın nəzarətinə verilməsi fikri də yanlışdır. Sadə bir məqam var - Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək üçün qlobal siyasət yürüdür, neftin qiymətini ucuzlaşdırır, dolların uçot dərəcəsini artırmaqla milli valyutaları zəiflədir. Paralel olaraq da NATO Avropanın şərqində möhkəmlənir, Rusiyanı ciddi bir psixoloji təzyiq altında saxlayır. Bu proseslər fonunda Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyətini deyil, öncəliyini itirib. ABŞ-ın “beyinləri” hesab edir ki, Rusiya əvvəl iqtisadi, daha sonra isə siyasi baxımdan çökərsə, bütün bölgələrdə, o cümlədən Cənubi Qafqazda mövqeləri zəifləyəcək. Praqmatik hesablamadır.
![[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 May[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 May[/b]
Oxşar yazılar

"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09
Masazırda 2 yaşlı uşağı it dişlədi -FOTOLENT
12 avqust 2025 , 10:35
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
12 avqust 2025 , 10:26
Kəlbəcərdə yük maşını aşdı, ölən var
12 avqust 2025 , 10:22