GÜNÜN ŞƏRHİ
Suriya şahmat taxtasıdır, taxtanın hər iki tərəfində güclü rəqiblər əyləşib, rəqiblərin ətrafına yığışan dostlar isə öz məsləhətləri ilə oyunun qazanılmasında pay sahibi olmaq istəyirlər. Əsas məsələ oyunda məğlub olmamaqdır, buna necə nail olmağın taxtanın üzərindəki fiqurlara, piyadalara heç bir aidiyyəti yoxdur. Onlar istənilən an qurban verilə bilərlər, bu, onların necə deyərlər vəzifə borcudur. İndiki situasiyada şahmat taxtası üzərindəki piyadalar mülki suriyalılar, fiqurlar isə terror təşkilatları və üsyançı birləşmələrdir. Amma suriyalılar oyunçular üçün nə dost, nə də düşməndir. Onsuz da at izinin it izinə qarışdığı Suriyada dostu düşməndən ayırmaq çətindir. Elə əsas oyunçulardan biri olan Birləşmiş Ştatlar üçün də. Bu səbəbdən üsyançıların mövqelərinin bombalanması adi qarşılanmalıdır. Elə Birləşmiş Ştatlar da bunu adi qarşılayır. Hələbə fosforlu bombalar atan Rusiyanın da kimin öldüyü, kimin qaldığı eyninə deyil. Əsas odur ki, maraqlar mübarizəsində, yəni böyük şahmat taxtası üzərindəki oyunda qalib gələsən. Bunun ən asan yolu isə piyadaları qurban verməkdir. Yəni, Suriya xalqını. Bu oyun bir gün başa çatacaq və böyük ehtimalla elə heç-heç bitəcək. Deyəsən əksər şahmat partiyalarında olduğu kimi bu oyunun da sonunda piyadalar əsər-əlamət qalmayacaq.
![[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyun[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyun[/b]
Oxşar yazılar

Bakıda "avtoş"luq edən motosikletçi qız həbs olundu - VİDEO
12 avqust 2025 , 15:27
Abşeronda sakinlərin qaz sayğacları oğurlandı
12 avqust 2025 , 15:22
Bakıda qəzada maşın əzildi, sərnişin güclə çıxarıldı - VİDEO
12 avqust 2025 , 13:43
"Heç bir cinayət əməlim yoxdur" - Aytən Səfərova DANIŞDI - YENİLƏNİB
12 avqust 2025 , 12:18
Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - YENİLƏNİB
12 avqust 2025 , 11:55
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
12 avqust 2025 , 11:19
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri TUTULDU
12 avqust 2025 , 11:09