[b]Moskva-Bakı mikroavtobusu qəzaya uğradı:[/b] 8 yaralı
20 iyul 2018 13:30 (UTC +04:00)

[b]Moskva-Bakı mikroavtobusu qəzaya uğradı:[/b] 8 yaralı

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus “Ford”  və “VAZ 2110” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, “Ford”da 3 nəfər, “VAZ 2110” markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

APA Baycan

Oxşar yazılar