[b]Milli Şura mitinq keçirməkdən imtina etdi[/b]
15 mart 2018 14:22 (UTC +04:00)

[b]Milli Şura mitinq keçirməkdən imtina etdi[/b]

0
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib.
 
 
 
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
 
 
 
AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn isə APA-ya martın 17-də mitinq keçirməyəcəklərini bildirib: "Biz martın 10-na mitinq təyin edəndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Ancaq iki gün sonra əgər martın 10-na razılıq verilməzsə, hər ehtimala 17-si üçün də müraciət etdik. Martın 10-na razılıq verildiyi üçün artıq 17-si mitinq keçirməyəcəyik".
 
 
 
Qeyd edək ki, Milli Şura martın 17-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar