[b]Mikroavtobus yük maşını ilə toqquşdu: [/b]6 yaralı
04 iyul 2018 12:36 (UTC +04:00)

[b]Mikroavtobus yük maşını ilə toqquşdu: [/b]6 yaralı

İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "Mersedes" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "Hyundai" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı İsmayıllı və Bakı sakinləri-2014-cü il təvəllüdlü Oruclu Ruhin Mehdi oğlu, 1953-cü il təvəllüdlü Şükürov Ağaverdi Əli oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Rafiq Salam oğlu, 1991-ci il təvəllüdlü Orucov Mehdi Əlişir oğlu, 2011-ci il təvəllüdlü Babazadə Tunar Ceyhun oğlu, 1966-cı il təvəllüdlü Orucov Əlişir Cahangir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

 

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

APA Baycan

Oxşar yazılar