[b]Meşədə meyiti tapılan şəxs 7 ay əvvəl itkin düşübmüş [/b]- FOTO
20 dekabr 2017 13:10 (UTC +04:00)

[b]Meşədə meyiti tapılan şəxs 7 ay əvvəl itkin düşübmüş [/b]- FOTO

Qusar rayonu ərazisində meşədə meyiti çürümüş vəziyyətdə tapılan kişinin şəxsiyyəti müəyyən edilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ölən şəxsin Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Mirvahid Musəvi olduğu məlum olub. 
 

Qeyd edək ki, çürümüş kişi meyiti rayonun Mucuq kəndi ərazisində meşə massivində aşkarlanıb. Onun bu ilin mayın 22-də saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, 37 saylı mənzildən çıxıb və bir daha geri qayıtmadığı bildirilir. M. Musəvi itkin düşən şəxs kimi qeydiyyatda olub. 
  

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

APA Baycan

Oxşar yazılar