<b>Meşədə baş verən qətllə bağlı prokurorluqdan</b> <span style="color:red;">ETİRAZ
11 noyabr 2017 11:21 (UTC +04:00)

Meşədə baş verən qətllə bağlı prokurorluqdan ETİRAZ

Meşədə adam öldürməkdə təqsirləndirilən Elnur Məmmədov və xuliqanlıqda təqsirləndirilən Elçin Həsənovun  barəsində olan birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmişin hüquqi varisi və prokuror protest verib.

Lent.az-ın məlumatına görə,  prokurorluğun protesti Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, prokurorluğun protesti və zərərçəkən şəxsin hüquqi varisinin verdiyi şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı isə noyabrın 14-ə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 23-də Bakı şəhərində baş verib. Tovuz rayonunda anadan olmuş, Ramana qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirovun Suraxanı rayonunun Bülbülə qəsəbəsində, 16 nömrəli Cəzaçəkmə Müəssisəsi yaxınlığında meşəlik deyilən ərazidə meyiti aşkar edilib. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi, Səbail rayon Mühafizə İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha sonra Elnur Məmmədov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Prosesdə təqsirləndirilən şəxslərə son söz verilib. Elçin Həsənov bu işdə heç bir günahının olmadığını, sadəcə Elnurla mərhum arasında baş verən davanı sakitləşdirməyə çalışdığını deyib. Digər təqsirləndirilən Elnur Məmmədov da son sözündə Elçinin günahının olmadığı deyib: "Öləni mən vurmuşam. Amma Elçinin heç bir günahı yoxdur. O sadəcə bizi aralaşdırıb. Bu yetimin günahı bu olub. Mən 4 bıçaq vurmuşam. Hələ biri də Elçinin əlinə dəyib. İşə düzgün baxılmadı. Mənə 18 yox, 25 il də versələr xeyri yoxdur. Qolumun birini kəsmişəm. Ayağımı da kəsəcəm. Özümə qəsd edəcəm. Mənə nə versələr, razıyam".

Hakimlər kollegiyasının hökmünə əsasən E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə təqsirləndirilən Elçin Həsənovun əməli isə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə tövsif edilib. E.Həsənov 4 il azadlıqdan məhrum edilib.

 

# 109
avatar

Səlcuq Elçin

Oxşar yazılar