<b>Məmur ərini öldürməkdə təqsirləndirilən qadın yenidən <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
27 oktyabr 2016 15:45 (UTC +04:00)

Məmur ərini öldürməkdə təqsirləndirilən qadın yenidən MƏHKƏMƏ QARŞISINDA

Sabiq məmur ərini qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

 

Məhkəmə baxışı noyabrın 10-a təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında Nizami rayonu Su Tikinti xəstəxanasının yaxınlığındakı mənzildə baş verib. Uzun müddət onun qatilini tapmaq mümkün olmayıb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53
avatar

Səlcuq Elçin

Oxşar yazılar