"Kimisə öldürməli idim, qarşıma o çıxdı" - Ruhi xəstədən şok sözlər
09 aprel 2018 15:15 (UTC +04:00)

"Kimisə öldürməli idim, qarşıma o çıxdı" - Ruhi xəstədən şok sözlər

 

Dünən Masallı rayonunun Mollaoba kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, kənd qəbiristanlığında nəzarətçi işləyən 1970-ci il təvəllüdlü Urfan Həsənovu bıçaqlayaraq öldürən İlqar Camalovun əvvəllər məhkum edildiyi, həm də psixi xəstə olduğu müəyyənləşib. Həmin kəndə qonaq gedən İ.Camalov Sumqayıt şəhərində qeydiyyatda olub və ciddi bir səbəb olmadan qətl törətdiyi məlum olub.

 

Kənd sakinlərinin bildirdiyinə görə, İlqar Camalov hadisəni törədəndən sonra kimisə öldürməli olduğunu deyib: “Bu gün kimisə öldürməli idim. O rastıma çıxdı, onu da öldürdüm”.

 

Müəmmalı qətllə bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, İ.Camalov artıq həbs edilib.

 

 

*****

 

8 aprel

 

Masallıda bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

 

 

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

 

 

***** 21.14

 

Masallıda bıçaqlanma olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

 

 

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

 

 

Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43