<b>Daha bir məhkum həbsxanada öldü</b> - YENİLƏNİB
13 mart 2017 17:12 (UTC +04:00)

Daha bir məhkum həbsxanada öldü - YENİLƏNİB

 

 

Azərbaycanda daha bir məhbus ölümü baş verib.

 

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhkum, 1964-cü il təvəllüdlü Hamlet Rəşid oğlu Bayramov xəstəlikdən ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

***

 

 

12:06

 

 

Azərbaycanda məhkum vəfat edib.

 

APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan, 1957-ci il təvəllüdlü Məcid Balış oğlu Quliyev xəstəlikdən dünyasını dəyişib.

 

Keçmiş polis zabiti, mayor olan M. Quliyev 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

APA Baycan

Oxşar yazılar