[b]Keçmiş gəlini yabayla öldürən şəxsə[/b] AĞIR CƏZA
15 dekabr 2016 13:11 (UTC +04:00)

[b]Keçmiş gəlini yabayla öldürən şəxsə[/b] AĞIR CƏZA

 

Xaçmazda keçmiş gəlinini yabayla qətlə yetirməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Dövlət ittihamçısı çıxışında Məlikməmməd Adıgözəlovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Vəkil müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini istəyib.

 

Məlikməmməd Adıgözəlov məhkəmədə son sözlə çıxış edərək bildirib ki, özünü qismən təqsirli bilir: "Onunla şəxsi ədavətim olmayıb. Olsaydı, əvvəlcədən öldürərdim. Öldürmək məqsədim olmayıb. Rəmziyyə əxlaqsızlıq edirdi, dəfərlərlə onun ailəsinə bu barədə məlumat vermişdik. Sadəcə, bizi sayan olmadı. Özümü qismən təqsirli bilirəm".

 

Hakimlər kollegiyasının hökmünə əsasən Məlikməmməd Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M. Adıgözəlov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120-ci( qəsdən adam öldürmə) maddəsi ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Səlcuq Elçin

Oxşar yazılar