İŞİD-ə qoşulan azərbaycanlıların məhkəməsi başladı
19 iyun 2017 13:45 (UTC +04:00)

İŞİD-ə qoşulan azərbaycanlıların məhkəməsi başladı

İŞİD-ə qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən A. Qəhrəmanov özünü qismən təqsirli bilib. R. Qasımov isə təqsirli bilmədiyini deyib. A. Qəhrəmanov bildirib ki, 2013-cü ildə on dörd gün Suriyada olub:

 

"Burda idman zallarının birində məşqçi işləyirdim. 4 günlük ora getdim. Getməkdə məqsədim yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxartmaq idi. Gördüm mən fikirləşdiyim kimi bir yer deyil. Ona görə geri qayıtdım".

 

R. Qasımov ifadəsində bildirib ki, A. Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbəri olmayıb: "Məndən borca pul istədi, verdim. Əl Nüsra cəbhəsində olan. şəxslərlə danışığım olub. Mənə deyirdilər "bura gəl, yaxşıdır", lakin mən getmədim". Proses iyulun 5-də davam edəcək.

 

Qeyd edək ki, hər iki şəxs Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinirlər. Onlar DTX-ın keçirdiyi əməliyyat zamanı həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Səlcuq Elçin

Oxşar yazılar