<b>Sərhəd pozucusundan narkotik götürüldü- <span style="color:red;">FOTOLAR </b>
27 fevral 2019 14:03 (UTC +04:00)

Sərhəd pozucusundan narkotik götürüldü- FOTOLAR

Astarada sərhəd pozucusundan silah, əlaqəli şəxslərdən isə külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb. Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

 

Xəbərə görə, fevralın 23-də Sər­həd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Asta­ra rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sa­­hə­sində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru bir nəfər şəxsin qeyri-qanuni yolla dövlət sərhədini pozması barədə məlumat da­xil olub.

 

Sərhəd pozucusunun müəyyənləşdirilməsi və saxlanılması istiqamətin­də təşkil edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:45 radələ­rində dövlət sər­hədini pozmağa cəhd edən İran İslam Res­pub­likasının vətəndaşı, 1975-ci il təvəllüdlü Tahiri Müqəddəm Rza Əbdüləli oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 1 ədəd bel çantası, 2 ədəd spirtli içki, 1 ədəd narkotik maddə istifadə etmək üçün qəlyan və 1 qram tiryək aşkarlanaraq götürülüb.

 

Dövlət sərhədinin pozulması ilə əlaqədar Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticə­sində İran İslam Respublikasının vətəndaşı ilə əlaqədə olan Astara şəhər sakini, 1986-cı il təvəl­lüdlü Məmmədov Amil Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

 

İlkin araşdırma zamanı A.Məmmədov fevralıb 23-də gecə saat­larında As­tara rayonunun Ərçivan kənd sakini, 1986-cı il təvəllüdlü Hacıye­va Vü­salə Qurban qızı ilə birlikdə Astara rayonunda yerləşən “İstisu” adla­nan əra­ziyə gəlmələrini və İran İslam Respublikasının vətəndaşı ilə görü­şə­rək, on­dan narkotik vasitə əldə etmələrini etiraf edib.

 

Daxili İşlər Nazırliyinin əməkdaşları ilə birgə keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral tarixində V.Hacıyevanın yaşadığı evə baxış zamanı həyətyanı sahədə 2550 qram heroin, 540 qram marixuana, 300 qram "Metamfetamin", 64 ədəd tropikamid “Mydrax”, 100 konvalyutda “Pre­qabalin-150” aşkarlanaraq götürülüb.

 

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, barələrində həbs-qətimkan tədbiri seçilib.

 

İran İslam Respublikası vətəndaşı Tahiri Müqəddəm Rza Əb­düləli oğlunun 2005-ci ildə döv­lət sərhədini pozduğuna və narkotik vasi­tələrin qaçaqmalçılığına görə DSX əmək­daşları tərəfindən saxlanılaraq məhkum olunması, Hacıye­va Vü­salə Qurban qızının isə qəsdən adam öldürməyə görə məhkum olunması müəyyən edilib.

 

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­dirilir.

 

# 325
avatar

Səlcuq Elçin

Oxşar yazılar