![[b]İki maşın toqquşdu: 1 ölü, 5 yaralı - YENİLƏNİB[/b]](https://lent.az/storage/news/2019/april/20/big/6da2ced15402bec3b6c54733f23eb0ad.jpg)
[b]İki maşın toqquşdu: 1 ölü, 5 yaralı - YENİLƏNİB[/b]
Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum olub.
ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində "BMW" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Hadisə zamanı Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
18:10
Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı-Qəbələ yolunun Bunud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21