<b>Hövsan sakinləri yolu bağlamağa çalışdı<span style="color:red;"> - FOTO </b>
24 oktyabr 2017 12:25 (UTC +04:00)

Hövsan sakinləri yolu bağlamağa çalışdı - FOTO

 

Bir qrup Hövsan sakini yolu bağlamağa çalışıb. Lent.az xəbər verir ki, sakinlər qəsəbə yollarının bərbad olması və məişət tullantılarının daşınmaması ilə bağlı nəqliyyatın hərəkətini dayandırmağa cəhd edib.

 

Əraziyə 30-cu Polis Bölməsinin əməkdaşları cəlb olunub. Həmçinin Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev sakinlərlə söhbət etmək üçün gəlib. Daha sonra narazı insanlar dağılışmağa qərar veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199

Oxşar yazılar