<b>Qayın yeznəni bıçaqladı </b>- Hacıqabulda
18 iyul 2018 09:42 (UTC +04:00)

Qayın yeznəni bıçaqladı - Hacıqabulda

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.

 

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub.  Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

 

Y. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

APA Baycan

Oxşar yazılar