<b>Gürcüstandan qanunsuz siqaret gətirən şəxs yaxalandı - <span style="color:red;">FOTOLAR </b>
02 mart 2019 11:49 (UTC +04:00)

Gürcüstandan qanunsuz siqaret gətirən şəxs yaxalandı - FOTOLAR

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-211099" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunda - hər iki oturacağın içərisində 1800 ədəd aksiz markası olmayan "Parliament" siqareti, əvvəlcədən gömrük orqanına bəyan edilməyən, hər biri 1 litr olmaqla 2 ədəd "Disarrona" və hər biri 0.5 litr olmaqla 2 ədəd "Jagermeilter" adlı spirtli içkilər, vətəndaşın üzərində isə 2 ədəd "Redmi Note 6 Pro", 1 ədəd "Samsung Galaxy J4" və 1 ədəd "Xiaomi Mi A2 Lite" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Səlcuq Elçin

Oxşar yazılar