<b>8 kilo marixuanaya görə <span style="color:red;">8 İL HƏBS </b>
22 iyun 2016 16:16 (UTC +04:00)

8 kilo marixuanaya görə 8 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınıln hökmü ilə Elman Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  keçən il noyabrında Gəncədən 8 kiloqram narkotik maddəni sərnişin avtobusu ilə Bakıya gətirən Elman Mirzəyev həbs olunub.

Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər sakini Elman Mirzəyevin əlindəki torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

E. Mirzəyev ifadəsi zamanı narkotik maddəni satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib: "Satmaq məqsədilə gətirmişdim, polis əməkdaşları tutdu".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Səlcuq Elçin

Oxşar yazılar