<b>Gəncədə mənzil yand</b>ı  - <span style="color:red;"><b>evdən qadın meyiti tapıldı</b>  - <span style="color:red;">YENİLƏNİB
27 fevral 2018 07:07 (UTC +04:00)

Gəncədə mənzil yandı - evdən qadın meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə mənzildə baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub.

 

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

 

 

***

 

Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

 

APA-nın gərb bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov prospekti, bina 37, mənzil 3 ünvanında qeydə alınıb.

 

Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 20-yə yaxın əməkdaşı və texnikası cəlb olunub. Yanğın nəticəsində 1 otaqlı mənzil əşyaları ilə birgə tamamilə yanıb. Alov  yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar