Azərbaycan yanğınsöndürənləri Gürcüstanda davam edən meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak etməkdə davam edir.
APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, yanğın baş verən ərazinin yaxınlığında yerləşən Daba kəndində Azərbaycan FHN-nin düşərgəsi yaradılıb.
Düşərgədə 20 çadır və səyyar mətbəx qurulub. Azərbaycan yanğınsöndürənləri hazırda üç nöqtədə yanğının söndürülməsi əməliyyatlarında iştirak edirlər.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.