[b]DTX bu il 44 kq narkotik ələ keçirib[/b]
30 avqust 2017 11:29 (UTC +04:00)

[b]DTX bu il 44 kq narkotik ələ keçirib[/b]

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2017-ci ildə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb.

 

 

DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, faktlarla bağlı 11 cinayət işi başlanıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycanın 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

 

Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkarlanaraq, götürülüb.

 
Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

 

Məlumatda qeyd olunub ki, cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir. Narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narkobiznesdən əldə edilən gə­lirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.

 

Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınmasında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.

 

Narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı digər hüquq mühafizə orqanları ilə yanaşı, DTX tərəfindən mübarizə səngimədən aparılır, əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılır. Keçirilən tədbirlərlə cinayətkarlardan külli miqdarda müxtəlif növ ağır narkotik vasitələr götürülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

APA Baycan

Oxşar yazılar