[b]Bakının mərkəzində qəza: böyük tıxac yarandı[/b]
01 aprel 2017 10:27 (UTC +04:00)

[b]Bakının mərkəzində qəza: böyük tıxac yarandı[/b]

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.   

 

APA-nın xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində  Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.  

 

KİA və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

 

Bakı Nəqliyyat Agentliyindən APA-ya prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

 

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164

Oxşar yazılar