![[b]Bakıda xəstəxanaya həkim "düzəldən"ə CƏZA KƏSİLDİ[/b]](https://lent.az/storage/news/2019/may/03/big/a67b1f03b4b07440dc72cbaf6969ed8a.jpg)
[b]Bakıda xəstəxanaya həkim "düzəldən"ə CƏZA KƏSİLDİ[/b]
Bakıda tanışına 350 min manat dələduzluq etməkdə təqsirli bilinən Süleyman İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən S.İbrahimov 7 il 6 ay müddətə azadlıqdna məhrum edilib.
Qeyd edək ki, Süleyman İbrahimov tanışı A.N-ni Bakıda yerləşən polinikalardan birinə həkim düzəldəcəyi və digər işlərini həll edəcəyini deyərək, zərərçəkəndən 350 min manat alıb. Lakin o, verdiyi sözə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında S.İbrahimov saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilib.
İstintaq dövründə zərərçəkənə dəyən ziyandan 120 min manat ödənilib.
Oxşar yazılar

Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57
Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25