Bakıda FACİƏ: yorğan sobanın üstünə düşdü, 70 yaşlı kişi... - YENİLƏNİB
23 yanvar 2017 14:35 (UTC +04:00)

Bakıda FACİƏ: yorğan sobanın üstünə düşdü, 70 yaşlı kişi... - YENİLƏNİB

 

Bu gecə Bakı şəhərinin Xətai rayonunda baş vermiş yanğının səbəbi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, R.Quliyev küçəsində 70 yaşlı Gülməmməd Gülməmmədovun ölümü ilə nəticələnən yanğının yorğanın elektrik sobasının üstünə düşməsi səbəbindən baş verdiyi üzə çıxıb. Belə ki, G.Gülməmmədov otağı qızdırmaq üçün spirallı elektrik qızdırıcısından istifadə edib. O, yatdıqdan sonra yorğanı ehtiyatsızlıqdan sobanın üstünə düşüb və yanğın başlayıb. Yanğın qısa müddətdə çarpayıya yayılıb və otağı qatı tüstü bürüyüb. Yaxınları köməyə çatanadək 70 yaşlı kişi tüstüdən boğularaq ölüb.

 

Araşdırmalar davam etdirilir. 

 

*****

 

3:07

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb.

 

Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Nizam Rza

Oxşar yazılar