Bakıda 34 yaşlı qadın marşrut avtobusundan yıxılıb. Lent.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Səfər qızı 22 saylı marşrut avtobusunda sürücünün ehtiyatsızlığı nəticəsində yıxılıb. Qadına tibbi yardım göstərilib.
Polisə müraciət edən A.Əhmədova bildirib ki, hadisə Xətai rayonu Mingəçevir küçəsində baş verib.
Araşdırma aparılır.