Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində törədilmiş qətlin üstü açılıb. Lent.az xəbər verir ki, Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu bıçaqlayaraq öldürən şəxsin Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlu olması müəyyən edilib. O, yaxalanaraq istintaqa təhvil verilib.
Qətlin səbəbləri hələlik tam aydınlaşmayıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qətlə yetirilən Xəyal Məmmədovun tələbə olduğu bildirilir.
******
03:38
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsində baş verib.
Naxçıvan sakini, 21 yaşlı tələbə Xəyal Məmmədov mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Nəticədə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən X.Məmmədov orada keçinib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.